ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bu gün səlahiyyət müddəti başa çatıb və o, Azərbaycanı tərk edib. Bu barədə Turan-a Amerikanın Azərbaycandakı səfirliyindən bildirilib.
Riçard Morninqstar 2012-ci ildən ABŞ-ın Azərbaycandakı səfiri idi.
ABŞ prezidenti Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna Robert Frensis Cekutanın (Robert Francis Cekuta) namizədliyini irəli sürüb.
Robert Frensis Cekuta hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavinidir.
O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.